Valdas Dambrauskas: "Məğlubedilməzlik seriyasının bitməsi müəyyən məyusluq yaradır"
"Sabah" komandası məğlubedilməz seriyasının bitməsinə görə məyusdur.
"Report" xəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının XXXI turunda "Kəpəz"ə qarşı keçiridkləri matçdan sonra mətbuat konfransında deyib.
O, məğlub olduqları qarşılaşmanı şərh edib:
"Kəpəz" komandasını təbrik edirəm. Bu qələbə onlar üçün həm vacib, həm də yaddaqalan nəticə oldu. Hazırda oyundan sonra geniş danışmaq istəmirəm. Matçın ilk yarısında üstün tərəf biz idik və oyuna daha yaxşı nəzarət edirdik. Xüsusilə standart vəziyyətlərdən bir neçə real qol imkanı yaratdıq, amma rəqib qapıçı uğurlu çıxışı ilə fərqləndi və hesabı aça bilmədik. Fasilədən sonra heyətdə və oyunda müəyyən dəyişikliklər etdik. Buna baxmayaraq, komandanın tempi əvvəlki kimi qalmadı və ritm aşağı düşdü. Ardınca isə yol verdiyimiz gözlənilməz səhv rəqibin qol vurmasına şərait yaratdı. Bundan sonra "Kəpəz" daha çox müdafiəyə çəkildi. Biz isə hücumlarda daha sakit və düşünülmüş davranmalı idik, lakin bəzi epizodlarda tələsik qərarlar verdik.
İndi bu oyunu geridə qoymaq lazımdır. Təbii ki, məğlubedilməz seriyanın bitməsi müəyyən məyusluq yaradır. Amma artıq diqqətimizi qarşıdakı çox önəmli final qarşılaşmasına yönəltməliyik".
Qeyd edək ki, "Sabah" - "Kəpəz" görüşü qərb təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Fox News": ABŞ İranın Bəndər-Abbas limanına zərbə endirib
-
Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır
-
Valverde Çuameni ilə dava etməsi barədə məlumatı təkzib edib
-
Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda da uduzub
-
Sirikdə partlayış və Bəndər-Abbasa PUA hücumu xəbərləri təkzib edilib
-
Marko Curiç: Mərkəzi Asiya ilə Avropa arasında əməkdaşlıq körpüsü ola bilərik













