AFFA 2026/2027 mövsümü üçün lisenziya verdiyi klubların siyahısını açıqladı
AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
BAKU.WS xəbər verir ki, iclasda 2026/2027-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Misli Premyer Liqasında, I Liqa, II Liqa və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2025) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
1. UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Araz-Naxçıvan" , "Qarabağ" , "Qəbələ" , "Neftçi" , "Sabah" , "Sumqayıt" , "Şamaxı" , "Turan Tovuz" "Zirə".
2. UEFA-nın qadınlar arasında klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Neftçi", "Sumqayıt" .
3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Baku Sportinq" , "Difai", "İmişli" , "Karvan-Yevlax", "Kəpəz", "Mingəçevir", "Səbail", "Şəfa".
4. I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Cəbrayıl", "Dinamo", "Qaradağ Lökbatan", "Quba", MOİK, "Şahdağ Qusar", "Şəmkir", "Şimal", "Xankəndi", "Zaqatala".
5. II Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Ağstafa Gəncləri", "Araz Saatlı", "Biləsuvar", "Kür Araz", "Lənkəran", "Marafon", "Ramana", "Samur", "Şəfəq", "Şəki Siti", "Şirvan", "Zəngəzur".
6. II Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
"Ağdaş", "Xəzər Ağcabədi".
7. AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Araz-Naxçıvan", "Baku Juniors", "Dirçəliş", "İmişli", "Qəbələ", "Liman", "Sabah", "Şəfa", "Ümid".
UEFA lisenziyasına müraciət edən lisenziya iddiaçısı Lisenziya Komissiyası tərəfindən qəbul olunmuş qərarı aldıqdan sonra 10 gün ərzində apellyasiya şikayəti vermək hüququna malikdir. Digər lisenziya növlərinə müraciət edən lisenziya iddiaçıları üçün isə bu müddət beş gündür.
Qeyd edək ki, Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2025) 14-cü maddəsinə müvafiq olaraq, lisenziyanı almış klub avtomatik olaraq çıxış etdiyi liqadan aşağı yarışlarda da iştirak üçün lisenziya əldə etmiş hesab olunur.
II Liqa yarışlarında iştirak edən "Göygöl" FK, həmçinin AFFA Yüksək Qızlar Liqası yarışlarında iştirak edən "Təhsil 8" və "Zaqatala" lisenziya prosesinə qoşulmaqdan imtina ediblər.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib
AFFA rəsmisi: "2026/2027 mövsümündə lisenziya üçün müraciət edən klubların sayı 54-ə çatıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













