İspaniya La Liqasında hakimlər matçlardan sonra qərarlarını şərh edəcəklər
Far.Az xəbər saytı

İspaniya La Liqasında hakimlər matçlardan sonra qərarlarını şərh edəcəklər


İspaniya La Liqasında hakimlər ilk dəfə oyunlardan sonra qəbul etdikləri qərarlarla bağlı televiziya kanallarına müsahibə verməyə başlayıblar.

"Far.Az"un məlumatına görə, bu barədə "Relevo" nəşri xəbər yayıb.

Oyundan sonra televiziya kameraları qarşısına çıxan ilk hakim Rikardo de Burqos Benqoetxea olub. O, oktyabrın 31-də "Atletiko" – "Levante" (2:0) matçında Madrid təmsilçisinin ləğv edilən iki qolunu şərh edib. Ertəsi gün isə Alexandro Ernandes Ernandes "Atletik" – "Real Sosyedad" (2:1) qarşılaşmasında təyin etdiyi penalti qərarını izah edib.

Yeni format çərçivəsində hər turda iki hakim müsahibəsinin təşkili nəzərdə tutulur. Müsahibə üçün seçiləcək oyunları Hakimlər Texniki Komitəsi müəyyənləşdirəcək.

Bildirilib ki, La Liqa, İspaniya Kral Futbol Federasiyası və hakimlər həmkarlar ittifaqı arasında əldə olunan razılaşmaya əsasən, birinci və ikinci divizionlarda çalışan hakimlərə ödənişlər üçün 500 min avro ayrılacaq.

Qeyd edək ki, Madrid "Real"ının televiziya bağlantılarına qoyduğu məhdudiyyətlər səbəbindən "Santyaqo Bernabeu" stadionunda keçirilən oyunlardan sonra hakimlərdən müsahibə alınmayacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti yerli televiziya kanallarına müsahibə verib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər