İsrailin Livana hücumları nəticəsində azı 19 nəfər ölüb - YENİLƏNİB
ABŞ-nin vasitəçiliyi ilə əldə edilmiş atəşkəsə baxmayaraq, İsrail hərbçiləri Livanın cənubundakı yaşayış məntəqələrinə intensiv zərbələr endirməyə davam edir.
"Far.Az" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Jazeera" məlumat yayıb.
Son məlumatlara görə, İsrailin bu gün Livana endirdiyi zərbələr nəticəsində azı 19 nəfər həlak olub.
Təkcə İsrail Hərbi Hava Qüvvələrinin Sayda şəhəri ətrafındakı Saksakiyada məcburi köçkünlərin yerləşdiyi yaşayış binasına endirdiyi aviazərbə nəticəsində 9 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Livanın Mülki Müdafiə Xidməti dağıntıları təmizləməyə davam edir və ölənlərin sayı arta bilər.
Zərbələrdən biri də Nəbatiyyə bölgəsində motosikletə tuş gəlib, nəticədə ata və qızı həlak olub.
Sadiyyat bölgəsindəki əsas şosedə iki avtomobil vurulub, nəticədə azı üç nəfər ölüb.
Agentliyin məlumatına görə, İsrail Müdafiə Ordusu Livanın cənub ərazilərinə zərbələr endirməyə davam edir, xüsusilə Tir şəhərində güclü partlayış baş verib. İsrail həmçinin Bint-Cübeyl dairəsindəki Səfəd əl-Bəttix, Sur dairəsindəki Budyas şəhərinə, Nəbatiyyədəki Əl-Bəyad bölgəsinə və digər ərazilərə aviazərbələr endirib.
İsrail Müdafiə Ordusu Livanın cənubunda "Hizbullah"ın silah anbarları və dron buraxılış məntəqəsinə zərbələr endirib.
"Far.Az" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Zərbələr Livanın cənubunda "Hizbullah"ın bir neçə silah anbarına və orada İsrailin mövqelərinə zərbə endirmək üçün istifadəsi planlaşdırılan pilotsuz uçuş aparatlarının (PUA) buraxılış meydançasına endirilib", - məlumatda qeyd olunur.
Bildirilib ki, əvvəlki zərbələr nəticəsində "Hizbullah"ın döyüşə hazır vəziyyətdə olan iki raket qurğusu da məhv edilib.
Məlumata görə, qurğulardan biri Livanın cənubundakı hərbçilərə hücum, digəri isə İsrail ərazisinə zərbələr endirmək üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Niderland "MV Hondius" gəmisinin sərnişinlərinə karantin rejimi tətbiq edəcək
-
Tramp ABŞ-nin təkliflərinə İrandan cavab gözləyir
-
ABŞ Hörmüz boğazında "Azadlıq Layihəsi" əməliyyatını bərpa edə bilər
-
ABŞ İran hərbçilərinə yardım göstərən 10 şəxs və şirkətə sanksiya tətbiq edib
-
WSJ: ABŞ-İran danışıqlarının yeni mərhələsi İslamabadda keçirilə bilər
-
Prezident və birinci xanım Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər













