Fəhlə yoldaşını öldürüb hissələrə böldü, qalıqlarını gölə atdı - Bakıdakı qanlı cinayətin şok TƏFƏRRÜATI
Bakı Ağır Cinayətlər Məhkəməsində fəhlə yoldaşını qətlə yetirərək meyiti hissələrə ayıran və dərəyə atan Fazil Feyzullayev və ona kömək etməkdə təqsirləndirilən Ülvi Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Babək Güləliyev şahid qismində ifadə verib.
"Hadisədən dörd ay sonra mənə zəng etdilər. Həmin vaxt sürücü yolda sürət həddini aşdığı üçün mən ona sayrışan işıqlarla işarə verdim. Avtomobili saxlayandan sonra ona yaxınlaşaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğunu bildirdim. O isə cavabında maşında zibil olduğunu və onu atmağa tələsdiyini deyərək üzrxahlıq etdi".
Məhkəmənin növbəti iclası mayın 19-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Belə ki, gecə saat 4 radələrində 1977-ci il təvəllüdlü Fazil Feyzullayev kirayə yaşadığı evdə fəhlə yoldaşı, Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü İsgəndər Əliyevi küt alətlə qətlə yetirib. Daha sonra o, meyiti avtomobillə Ağsu dolaylarına gətirərək hissələrə ayırıb. Meyitin hissələrindən ikisini dolaylardakı dərəyə, digər iki hissəsini isə rayon ərazisindəki Cavanşir gölünə atıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb, Fazil Feyzullayev və ona kömək edən Ülvi Abbasov saxlanılıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq), F.Feyzullayevə qarşı eyni zamanda 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Toyu üçün yığdığı pulu aldılar, öldürüb hissələrə parçaladılar - Dəhşətli qətlin TƏFƏRRÜATI
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rubio: ABŞ-nin Hörmüz boğazındakı əməliyyatı müdafiə xarakterlidir
-
Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb"
-
ABŞ narkotik qaçaqmalçılığı ilə əlaqəli gəmiyə zərbə endirib, ölənlər var
-
Aİ-Azərbaycan münasibətləri: strateji maraqlar "qətnamə marafonu"na qarşı – ŞƏRH
-
İsrail hərbçilərinin "Hizbullah" tərəfindən atəşə tutulduğunu bildirib
-
Bakıda ölümlə nəticələnən dəhşətli qəzanın ANBAAN VİDEOSU













