“Azerreyl”in prezidenti: Kişi və qadın komandalarının Avropa çempionu olması tarixi hadisədir
Həm kişilərdən, həm də qadınlardan ibarət komandanın Avropa çempionu olması tarixi hadisədir.
“Far.Az” xəbər verir ki, bunu “Azerreyl” klubunun prezidenti Ramin Əzizov jurnalistlərə açıqlamasında deyib.
“Çox sevinirik. “Azəreyl” klubu adından deyil, bütün Azərbaycan voleybolu adından xalqımızı təbrik edirəm. Hər kəsə göstərdiyi dəstəyə görə təşəkkür edirəm”.
O, qeyd edib ki, klub gələcəkdə də Azərbaycan voleyboluna dəstəyini əsirgəməyəcək: “Əsas məqsədimiz dünya arenalarında bundan sonra da “Azerreyl” klubu olaraq Azərbaycan voleyboluna öz dəstəyimizi göstərməkdir. Çalışacağıq ki, bundan da artığını edək”.
Xatırladaq ki, Fransanın Monpelye şəhərində keçirilmiş çimərlik voleybolu üzrə Avropa Kubokunda iştirak edən “Azərreyl”in qadın və kişilərdən ibarət komandaları bütün rəqiblərinə qalib gəliblər. Qadın voleybolçularımız qrup mərhələsində Avstriyanın “Bergstrand” və Sloveniyanın “BVC Ludus”, 1/4 finalda Türkiyənin “Spor Lisesi Ihtisas Kulübü”, yarımfinalda Macarıstanın “Edra Tata” klubuna qalib gələrək qələbə seriyasını finalda da davam etdiriblər.
Komanda həlledici mərhələdə Ukraynanın “Sunrise Beach Spors Academy” kollektivi ilə üz-üzə gəlib. Gərgin mübarizədən sonra rəqibini 15:12 hesabı ilə üstələyən təmsilçimiz Avropa Kubokunun qalibi olub.
Kişilərdən ibarət komandamız isə qrup mərhələsində Fransanın “Re Beach” və Sloveniyanın “BVC Ludus”, 1/4 finalda Ukraynanın “Sunrise Beach Sports Academy”, yarımfinalda Fransanın “Montpellier Beach Volley” komandasını məğlubiyyətə uğradaraq turniri birinciliklə başa vurub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycanın Avropa Kubokunun qalibi olmuş voleybolçuları Vətənə qayıdıb
Avropa Kuboku: "Azərreyl"in kişi və qadınlardan ibarət komandaları bu gün final matçını keçirəcək
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb
-
"Bakı Marafonu 2026" başlayıb
-
Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib
-
"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib
-
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
-
Tailandda helikopter qəzası olub, xəsarət alanlar var













