Binəqədidə şirkətdən 7 min manatlıq oğurluq edilib
Binəqədi rayonunda yerləşən şirkətlərin birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Far.Az-ə verilən məlumata görə, naməlum şəxslər axşam saatlarında 539 metr uzunluğunda dəyəri 7000 manat olan elektrik naqilini talayıblar.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R. Babayev və 27 yaşlı Ş. Şahbazov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla onların bir müddət öncə həmin şirkətdə çalışdıqları və işdən çıxdıqdan sonra talama cinayətini planlaşdırdıqları məlum olub. Həmçinin saxlanılan şəxslərin oğurladıqları elektrik naqilini əlvan metal qəbulu məntəqəsinə satdıqları da müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Binəqədidə güclü yanğın tam söndürülüb - YENİLƏNİB-4
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb













