Şirkət rəhbəri: "Bakıdakı memarlıq və hotel layihələrində tarixi irsin qorunmasına üstünlük verilir"
Far.Az xəbər saytı

Şirkət rəhbəri: "Bakıdakı memarlıq və hotel layihələrində tarixi irsin qorunmasına üstünlük verilir"


Bakıda həyata keçirilən memarlıq və hotel layihələri zamanı həm tarixi irsin qorunmasına, həm də müasir memarlıq yanaşmalarına üstünlük verilir.

"Report" xəbər verir ki, bunu "Metex Mimarlık" şirkətinin rəhbəri Sinan Kafadar 1992-ci ildə Türkiyənin ilk çini fabriki olaraq qurulan və 300-ə yaxın satış nöqtəsi ilə 60 ölkədə fəaliyyət göstərən "Seranit" brendinin "SinerjiPro" ilə birgə Bakıda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda həyata keçirilən əsas layihələrdən biri Bakının Səbail rayonunda yerləşən "Kanopy by Hilton" hotelidir. "Bu layihə tarixi memarlıq nümunələrinin qorunması prinsipi əsasında hazırlanıb. Ərazidəki iki tarixi bina qorunub saxlanılır. Qorunması tələb olunmayan hissə sökülərək yeni bina layihələndirilib. Bununla da daxili həyət konsepsiyası yaradılıb. Layihədə yaşıllıq örtüyü tam şəkildə saxlanılır, daxili həyətdə isə qış bağı yaradılır".

Memar bildirib ki, hotelçilik sektorunda yeni yanaşmalar formalaşır: "Belə ki, əsas restoran artıq ənənəvi şəkildə giriş mərtəbəsində deyil, şəhər mənzərəsinə hakim nöqtədə yerləşdirilir. İnsanlar artıq sadəcə funksional məkan yox, həm də mənzərədən zövq ala biləcəkləri sosial məkanlar axtarırlar. Layihə üzrə bütün əlavələr tarixi abidələrin qorunmasına cavabdeh qurumların təsdiqindən keçib".

Onun sözlərinə görə, "Kanopy by Hilton" markası "Hilton"un yeni niş hotel brendlərindən biridir: "Türkiyədə ilk, Avropada ikinci "Kanopy" layihəsini həyata keçirmişdik. Hazırda isə Azərbaycanda üçüncü "Kanopy" layihəsini reallaşdırırıq".

Onun çıxışında Bakının memarlıq və estetik xüsusiyyətlərinin layihədə xüsusi yer aldığı da qeyd olunub. Bildirilib ki, şəhərin su ilə bağlılığı layihənin daxili memarlığında və qış bağı konsepsiyasında əks etdirilib.

Memar əlavə edib ki, hər bir yeni memarlıq layihəsi öz hekayəsini formalaşdırmalıdır: "Həm tarixi qorumaq, həm yeni əlavələr etmək, həm də Bakının özünəməxsus xüsusiyyətlərini memarlığa daxil etmək əsas hədəflərimizdən idi".

Memar Bilgəh qəsəbəsində həyata keçirilən digər hotel və rezidensiya layihəsi barədə də məlumat verib.

"Təxminən 15 il əvvəl tikilmiş mövcud bina müasir tələblərə uyğun şəkildə yenidən qurulur. Layihə yalnız yay mövsümü üçün deyil, ilboyu istifadəyə uyğunlaşdırılır. Eyni zamanda müəyyən mərtəbələrdə rezidensiya sahiblərinin olması konsepsiyası da tətbiq edilir", – deyə memar vurğulayıb.

Bundan başqa, qonaq "Marriott Boulevard Hotel" hotelində suit otaqların yenilənməsi layihəsi barədə də məlumat verib: "Layihədə sərt və klassik xətlərdən uzaqlaşaraq daha yumşaq və rahat memarlıq dili seçilib. Artıq hər şeyin mütləq 90 dərəcə olması vacib deyil. Daha yumşaq keçidlər və insanlara yaxın hiss etdirən interyer həlləri üzərində işləyirik".

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
HONOR brendinin 5 illiyi və inkişaf strategiyası təqdim olundu
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
The Central Point Hotel - Bakının mərkəzində istirahət və iş üçün ideal ünvan

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər