Prezidentlə söhbət edən ŞƏHİD ATASI: "Onun duyğulanması məni çox təsirləndirdi"
Far.Az xəbər saytı

Prezidentlə söhbət edən ŞƏHİD ATASI: "Onun duyğulanması məni çox təsirləndirdi"


Prezident İlham Əliyev Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim edib.

Açarların təqdim olunması zamanı 44 günlük Vətən müharibəsi şəhidinin atası ilə Prezident arasında baş tutan dialoq diqqət çəkib.

Belə ki, şəhid atası özünü yaxşı hiss etmədiyini bildirib. Prezident isə dərhal onun yola salınması üçün göstəriş verib.

BAKU.WS xəbər verir ki, şəhid Samir Sarıyevin atası Əli Sarıyev Prezidentlə görüş zamanı yaşananları AzTV-yə danışıb:

"Prezident məni səhnəyə çağırdı. Salamlaşdıq. İlk sözü o oldu ki, harada döyüşüb? Bu haqda soruşanda mən çox həyəcan keçirdim. Özümü demək olar ki, itirdim, bir kəlmə də danışa bilmədim. Mənə qarşı çox yaxşı münasibəti oldu. Onun duyğulanması mənə çox təsir elədi".

Oxşar xəbərlər

İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər