"Qarabağ" fransalı futbolçu ilə anlaşıb? – KLUBDAN AÇIQLAMA
Kiprin "Omoniya" (Aradipu) klubunun futbolçusu Jali Muaddib növbəti mövsümdən karyerasını "Qarabağ"da davam etdirəcək.
Far.Az xəbər verir ki, Aradipu təmsilçisinin baş meneceri Yorqos İrakleus Kipr mətbuata açıqlamasında deyib.
O, 25 yaşlı vingerin "Qarabağ"la ilkin müqavilə imzaladığını təsdiqləyib: "Muaddib bir neçə ay əvvəl "Qarabağ"ın onunla maraqlandığını bizə demişdi. Amma buna baxmayaraq, sona qədər komandada qalmaq və mübarizə aparmaq istədiyini vurğuladı".
Y. İrakleus futbolçunun transferindən maliyyə qazancı əldə edib-etməyəcəkləri ilə bağlı suala da münasibət bildirib: "Müqavilədə müəyyən maliyyə bəndi var. Amma biz komanda olaraq gələcək mövsüm üçün risk etmək istəmirik".
"Qarabağ"ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev isə AZƏRTAC-ın sorğusuna cavab olaraq qeyd edib ki, hansısa oyunçunun transferi yalnız rəsmiləşdikdən sonra ictimaiyyətə açıqlanır: "Ona görə də hazırda bu barədə hansı məlumat yoxdur".
Qeyd edək ki, Jali Muaddib bu mövsüm "Omoniya"nın heyətində 31 matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Xarici diplomatlar Şuşada Qazançı kilsəsinə baş çəkib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb













