Türk dünyası tək güc mərkəzi kimi: Şuşada təməli qoyulan strateji həmrəylik
Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitləri keçirildiyi ilk gündən Türk dünyasında etimadın daha da möhkəmlənməsi və strateji koordinasiyanın qurulması üçün əvəzolunmaz bir platformaya çevrilib.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin hazırladığı videomaterialda bəhs edilir.
Bildirilir ki, 15 may tarixində Qazaxıstanın Türkistan şəhərində başlayacaq növbəti sammit Türk dünyasında yeni bir dövrün - rəqəmsal birliyin elan olunacağı gün kimi yaddaşlarda qalacaq. SSRİ dağıldıqdan sonra Türk dövlətləri Azərbaycanın təşəbbüsü ilə 2009-cu ildə Naxçıvanda Türk Şurasını təsis etdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı müstəqil xarici siyasət, beynəlxalq nüfuzu, cəsarətli çıxışları və Türk dövlətlərinin liderləri ilə dostluq münasibətləri TDT-nin formalaşmasında mühüm rol oynayıb. Dövlət başçısının uzaqgörən siyasəti və qətiyyətli mövqeyi sayəsində Türk Şurası sadəcə məsləhətləşmə formatından ciddi siyasi-iqtisadi çəkisi olan bir təşkilata çevrilməyə başlayıb. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ildə keçirilən fövqəladə Zirvə görüşü sübut etdi ki, təşkilat böhran anlarında çevik və həmrəy reaksiya vermək iqtidarındadır.
Bu gün əminliklə söyləmək olar ki, Azərbaycan TDT-nin ideoloji və strateji arxitekturasını quran əsas mərkəzlərdən biridir. TDT-nin qeyri-rəsmi sammitlər ənənəsinin məhz rəsmi Bakının diplomatik təşəbbüsü sayəsində ərsəyə gəldiyini qeyd etmək lazımdır. Bu formatın ilk Zirvə görüşü 2024-cü ilin 6 iyul tarixində Şuşada baş tutub.
Zirvə toplantısının işğaldan azad edilən və dirçələn Şuşada təşkili bütün üzv dövlətlərin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi ən yüksəksəviyyəli dəstəyin nümayişi oldu. Sammit çərçivəsində imzalanan bəyannamə Türk xalqlarının ortaq gələcəyinə, təhlükəsizliyinə və iqtisadi tərəfdaşlığına verilən kollektiv vəd idi. Bu, dünyaya bir mesaj idi: Türk dünyası artıq parçalanmış coğrafiya deyil, regional sabitliyin və təhlükəsizliyin əsas qarantı olan vahid bir güc mərkəzidir.
2026-cı il Türk dünyası üçün həm də tarixi bir hadisədir. Məhz 100 il əvvəl - 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultay keçirilib. Həmin tarixi qurultay Türk xalqlarının ortaq əlifba, vahid terminologiya və milli oyanış ideyalarını elmi müstəvidə birləşdirən ilk platforma idi.
Bir əsr əvvəl dil və mədəniyyət birliyini müzakirə edənlərin nəvələri bu gün Türkistanda süni intellekt, rəqəmsal ekosistemlər və ortaq texnoloji suverenlik məsələlərindən danışırlar. Bir əsr əvvəl yarımçıq qalmış hədəflər bu gün dövlətlərarası səviyyədə daha qüdrətli formada reallaşır.
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
"Mercedes-Benz" Berlindəki bütün avtosalonlarını kanadalı iş adamına satıb
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib













