Hondurasda silahlı hücumlar nəticəsində azı 12 nəfər həlak olub
Far.Az xəbər saytı

Hondurasda silahlı hücumlar nəticəsində azı 12 nəfər həlak olub


Hondurasın Yorito bölgəsində dörd ayrı hücum nəticəsində azı 12 nəfər həlak olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü milli polisin nümayəndəsi Edqardo Baraona məlumat verib.

"Polisin əsas versiyası ondan ibarətdir ki, baş verənlərin arxasında cinayətkar təşkilatlar dayanır. Biz əvvəldən bunun mütəşəkkil cinayətkar qruplaşmaların əməli olduğunu ehtimal edirdik", - o bildirib.

Dəqiqləşdirilib ki, üç hücum Valyesilyo kəndində futbol meydançasında və yaşayış evlərində baş verib. Bu insidentlərin hər birinin nəticəsində üç nəfər həlak olub. Daha üç nəfər Pakayales kəndindəki digər bir hücum zamanı öldürülüb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra olunur
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər