Azərbaycan da daxil olmaqla beş ölkə TRACECA tranzit icazələri üzrə saziş imzalayıb
Far.Az xəbər saytı

Azərbaycan da daxil olmaqla beş ölkə TRACECA tranzit icazələri üzrə saziş imzalayıb


Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRACECA) tranzit icazəsinin vahid blankı haqqında hökumətlərarası sazişi Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Ukrayna imzalayıb.

"Far.Az" Özbəkistanın Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, saziş TRACECA Hökumətlərarası Komissiyasının Astanada keçirilən 18-ci iclası çərçivəsində imzalanıb.

Sənəd daşıyıcılara əlavə icazə sənədləri rəsmiləşdirmədən vahid icazə blankı əsasında sazişin iştirakçısı olan bir neçə dövlətin ərazisindən keçmək imkanı verir.

Sazişin inzibati maneələri aradan qaldırmağa və bu nəqliyyat dəhlizi üzrə tranzit müddətini əhəmiyyətli dərəcədə qısaltmağa imkan verəcəyi gözlənilir.

Oxşar xəbərlər

TRACECA Hökumətlərarası Komissiyasının XVIII illik iclası keçirilir
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər