"PAŞA Həyat Sığorta" I rübün maliyyə göstəricilərini açıqlayıb
Far.Az xəbər saytı

"PAŞA Həyat Sığorta" I rübün maliyyə göstəricilərini açıqlayıb


"PAŞA Həyat Sığorta" ASC bu ilin I rübünü 15,116 milyon manat xalis mənfəətlə başa vurub.

"Far.Az" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 % çoxdur.

Yanvar-mart aylarında "PAŞA Həyat Sığorta"nın gəlirləri 160,908 milyon manat (24,5 % çox), xərcləri 141,523 milyon manat (28,2 % çox), mənfəət vergisi ödəmələri isə 4,268 milyon manat (3,6 % çox) təşkil edib.

Bu il aprelin 1-nə "PAŞA Həyat Sığorta"nın aktivləri 879,935 milyon manat olub ki, bu da illik müqayisədə 3,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,6 % artaraq 723,138 milyon manata, balans kapitalı isə 3,8 % artaraq 156,797 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Oxşar xəbərlər

Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
"PAŞA Bank"ın Türkiyədəki törəməsi maliyyə vəziyyətini açıqlayıb
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
"PAŞA Sığorta" I rübün maliyyə nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər