"Haber Global": İlham Əliyev liderlərə müraciət edib
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə liderlərə müraciət edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" süjet yayımlayıb.
Dövlət başçısı üzv dövlətlər arasında əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb, Türk dünyasının 21-ci əsrin geosiyasi güc mərkəzlərindən birinə çevrilməli olduğunu bildirib. Dövlət başçısı çıxışında təşkilatın beynəlxalq aləmdə artan gücünə də diqqət çəkib.
"Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir. Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək", - deyə Azərbaycan lideri çıxışında qeyd edib.
Prezident İlham Əliyev həmçinin türk dövlətləri ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlığın uğurla davam etdiyini də bildirib. Dövlət başçısı qeyd eidb ki, layihənin bir hissəsi olan Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik kabel xəttinin yaxın aylarda xidmətə verilməsi planlaşdırılır.
Oxşar xəbərlər
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
"Nə qədər ki, sağam, mahnılarıma qulaq asın"
-
İbrahim Əzizi: ABŞ və İsrail İrana qarşı müharibədə istəyinə nail ola bilməyib













