Vüqar Bayramov: WUF13 Azərbaycanın investisiya potensialının tanıdılmasına xidmət edəcək
Far.Az xəbər saytı

Vüqar Bayramov: WUF13 Azərbaycanın investisiya potensialının tanıdılmasına xidmət edəcək


Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın investisiya potensialının tanıdılmasına xidmət edəcək.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O xatırladıb ki, bu gündən Bakıda Ümumdünya Şəhərsalma Forumu işinə başlayır:

"Bəs WUF13 Azərbaycana hansı üstünlükləri qazandıracaq? Ümumdünya Şəhərsalma Forumu iştirakçılıq səviyyəsinə görə dünyada ikinci ən böyük tədbir hesab olunur, say və iştirakçılıq baxımından yüksək səviyyəli tədbirdir. Forum həm Bakının infrastrukturunun, həm də Azərbaycanın bu istiqamətdə tətbiq etdiyi yeni modellərin təqdimatı baxımından vacibdir. Baxmayaraq ki, tədbirlərin keçiriləcəyi yer paytaxtdır, Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yeni modellər və xüsusilə də, şəhərsalma modeli WUF13 vasitəsilə də təqdim ediləcək".

V.Bayramov həmçinin WUF13-ün turizmin inkişafı baxımından da vacib olduğunu söyləyib:

"Bir tərəfdən, tədbirdə iştirak edən nümayəndə heyətinin sayı kifayət qədər ciddi rəqəmdir. Digər tərəfdən, bu Azərbaycan potensialının təqdimatına imkan verəcək və eləcə də, sərmayənin cəlb edilməsi aspektindən əhəmiyyətli hesab edilməlidir. Xüsusən də qeyri-neft sektorunun potensialının təqdim olunması və yeni investisiyaların cəlbi aspektindən də vacib sayılır. Belə ki, qeyri-neft sektoru və infrastrukturun təqdimatı həmçinin ölkə iqtisadiyyatının inkişafına töhfədir. Bu baxımdan, COP29-dan (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP)) sonra ikinci ən böyük tədbir hesab olunan WUF13 xüsusən də iqtisadiyyatın inkişafı ilə bağlı hədəflərin reallaşması aspektindən də Azərbaycan üçün əhəmiyyətlidir".

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər