Dərə kəndinin tarixi: 1980-ci illərin sonlarında qovulan azərbaycanlıların izləri və unudulmuş qəbiristanlıq
Far.Az xəbər saytı

Dərə kəndinin tarixi: 1980-ci illərin sonlarında qovulan azərbaycanlıların izləri və unudulmuş qəbiristanlıq


"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarında azərbaycanlıların qovulması nəticəsində boşalmış Dərə (Daranak) azərbaycanlı kəndinin tarixi haqqında araşdırma hazırlanıb.

"Far.Az" xəbər verir ki, kənd sovet dövründə Dərə adlandırılıb.

Kənd əsası qoyulduğu vaxtdan bu adı daşıyıb.

1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Daranak qoyulub. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.

Kənd 1921-ci ildə yaxınlıqda yerləşən Pəmbək kəndindən oraya köçmüş azərbaycanlılar tərəfindən salınıb.

Sovet dövründə kənd Basarkeçər rayonunun tərkibində olub, rayon sonradan Vardenis adlandırılıb. Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində yalnız azərbaycanlılar yaşayıblar.

Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X.-nın "Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti"nə əsasən, 1959-cu ildə kənddə 320, 1970-ci ildə 364, 1979-cu ildə 411, 1989-cu ildə isə 92 nəfər yaşayıb. Həmin illərdə kəndin əhalisinin hamısı azərbaycanlılardan ibarət olub. 1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar. Azərbaycanlıların qovulmasından sonra kənddə ermənilər yerləşdiriliblər.

Qeyd edək ki, 2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir neçə məzar daşının qismən salamat qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib.

Dərə kəndinin tarixi: 1980-ci illərin sonlarında qovulan azərbaycanlıların izləri və unudulmuş qəbiristanlıq

Oxşar xəbərlər

Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
Azərbaycanlıların yaşadığı Leyliqaçan: 1919-cu ilin faciəsi və unudulmuş kəndin izləri
Oxçuoğlu - adı dəyişdirilən, sakinləri qovulan, izləri silinməyən Qərbi Azərbaycan kəndi
"Qərbi Azərbaycanın yaddaş yerləri": Soydaşlarımızın yaşadığı "Amasiya" necə erməniləşdirildi?
"Qərbi Azərbaycanın yaddaş yerləri": 1918-ci ilin yayında Ağudi kəndində 75-i uşaq olmaqla, 325 nəfər öldürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər