Mohd Şarif: "WUF urbanizasiya problemlərini müzakirə etmək üçün mühüm platformadır"
Ümumdünya Şəhərsalma Forumu davamlı urbanizasiya problemlərini müzakirə etmək üçün mühüm platformadır.
"Far.Az" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) keçmiş icraçı direktoru Maymuna Mohd Şarif (Maimunah Mohd Sharif) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu tədbirdə bütün icmalar, o cümlədən siyasətçilər, yerli, regional, milli, qlobal səviyyədə liderlər, üstəlik icma, gənclər və özəl sektor urbanizasiyanın problemlərini müzakirə etmək üçün bir araya gəlirlər: "Hazırkı mövzu mənzil təminatı ilə bağlıdır. Düşünürəm ki, mənzil təminatı təkcə Bakıda deyil, həm qlobal miqyasda, xüsusilə Malayziyada da lazım olan sahələrdən, elementlərdən biridir".
O qeyd edib ki, ümumiyyətlə mənzillər əlçatan olmalıdır: "Əgər əlçatan mənzil iş yerindən uzaqdadırsa, bu qəbuledilməzdir. Çünki mənzil təhsillə, insanların dolanışığı ilə və həmçinin iqtisadiyyatla çox bağlıdır. Düşünürəm ki, bu beş gün ərzində biz bunu bütün aspektlərdən müzakirə edəcəyik. Bu gün səhər nazirlərin bəyanatı, bütün dünyadan gələn liderlərin öhdəliyi olacaq ki, təkcə bəyanat deyil, ölkələrinə geri qayıdanda fəaliyyətə keçsinlər. Beləliklə, fəaliyyət sadəcə bəyanat verməkdən daha vacibdir. Lakin bizə liderlərin öhdəliyi lazımdır".
Maymuna Mohd Şarif deyib ki, mənzil iqlim dəyişikliyi, iqlim davamlılığı ilə çox bağlıdır: "O, həmçinin dairəvi iqtisadiyyatla bağlıdır. Beləliklə, mənzil xidmət etdiyimiz insanların rifahı üçün əsas sütundur".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
Azərbaycan Ordusunda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib













