Malayziya Bakıda WUF13-də DİM-lərə nail olmaq üçün addımların yenidən qiymətləndirilməsinə çağırıb
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) qarşıdakı beş il ərzində Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerinə yetirilməsi üçün tələb olunan vacib addımların yenidən qiymətləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
"Far.Az" xəbər verir ki, bunu Malayziyanın mənzil inşaatı və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda keçirilən WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə nazirlər səviyyəsində görüşdə bildirib.
"İlk növbədə, qlobal şəhər gündəliyi üçün belə bir məsuliyyətli dövrdə bu əhəmiyyətli müzakirəni təşkil etdiklərinə görə Azərbaycan hökumətinə və "UN-Habitat"a minnətdarlığımı bildirmək istəyirəm. Hazırkı WUF-un mövzusu - "Dünyanın mənzillə təminatı: təhlükəsiz və dayanıqlı şəhərlər, icmalar" - əlçatan mənzilin sırf texniki bir məsələ olmadığını xatırladır. O, dayanıqlı inkişafın bünövrəsini təşkil edir.
"UN-Habitat" Assambleyasının prezidenti qismində mən Yeni Şəhər Gündəliyinin lokallaşdırılmasının əhəmiyyətini vurğulayaraq, qlobal öhdəliklərimizin milli və yerli səviyyələrdə konkret praktiki addımlara çevrilməsinin zəruriliyinə xüsusi diqqət çəkmək istəyirəm", - nazir bildirib.
Nazirin sözlərinə görə, bugünkü, eləcə də Nyu-Yorkda təşkil olunacaq qarşıdan gələn yüksək səviyyəli müzakirələr, aralıq icmal yaxın beşillikdə DİM-lərə nail olmaq üçün həyata keçirilməsi zəruri olan tədbirlərin yenidən nəzərdən keçirilməsində mühüm rol oynayır.
Oxşar xəbərlər
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycanda mənzil təminatı: sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli – ARAŞDIRMA
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
Azərbaycan Ordusunda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib













