"İstəyirik ki, İranda heç bur uşaq evsiz qalmasın!" - İranlı nazir müavini
Far.Az xəbər saytı

"İstəyirik ki, İranda heç bur uşaq evsiz qalmasın!" - İranlı nazir müavini


Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər toplantısında İran tərəfi müharibədən zərər görmüş bölgələrin yenidən qurulmasını ölkənin əsas şəhərsalma prioriteti kimi təqdim edib.

Far.Az xəbər verir ki, İranın yol və şəhərsalma nazirinin müavini Qulamrza Kazemian Şirvan bildirib ki, hazırda hökumətin əsas məqsədi dağıntıya məruz qalan ərazilərdə yaşayış infrastrukturunun bərpasını sürətləndirmək və əhali üçün təhlükəsiz mühit yaratmaqdır.

Onun sözlərinə görə, həyata keçirilən proqramlar çərçivəsində dayanıqlı mənzil tikintisi ilə yanaşı, enerji təchizatı, su infrastrukturu və nəqliyyat şəbəkələrinin yenilənməsi istiqamətində də geniş işlər aparılır.

Nazir müavini vurğulayıb ki, postmünaqişə dövründə bərpa prosesi artıq ölkənin digər şəhərsalma layihələrini geridə qoyaraq prioritet istiqamətə çevrilib.

"Əsas məqsədimiz insanların normal həyata qayıtmasını təmin etməkdir. İstəyirik ki, İranda heç bir uşaq evsiz qalmasın", – deyə o qeyd edib.

Çıxışının sonunda UN-Habitat platformasında iştirak edən nümayəndələrə müraciət edən Qulamrza Kazemian Şirvan dünyada sülhün və uşaqların rifahının təmin olunmasının vacibliyini vurğulayıb.

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər