Dövlət Komitəsinin sədri: "Urbanizasiya problemlərinin həlli üçün real addımların atılması vacibdir"
Far.Az xəbər saytı

Dövlət Komitəsinin sədri: "Urbanizasiya problemlərinin həlli üçün real addımların atılması vacibdir"


Urbanizasiya problemlərinin həlli üçün real addımların atılması vacibdir.

"Far.Az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyasında bildirib.

"Urbanizasiya və xüsusilə mənzil təminatı ilə bağlı çətinliklər müzakirədən çox fəaliyyət tələb edir. Assambleyaların birgə açılışı sadəcə rəsmi mərasim deyil. Bu, hər kəsi ən başdan bir araya gətirərək ortaq bir baxış yaradır, WUF13 üçün istiqaməti müəyyən edir. Azərbaycan nümayəndələrinin bütün maraqlı tərəflər qrupları üzrə güclü iştirakını görməkdən xüsusilə məmnunuq. Onların iştirakı bizim inklüziv şəhər inkişafına dair milli sadiqliyimizi əks etdirir və təcrübə mübadiləsi, əməkdaşlığın gücləndirilməsi üçün dəyərli imkanlar yaradır. İnanırıq ki, Bakı qlobal dialoqun yerli fəaliyyətə çevrildiyi bir məkan ola bilər".

Komitə sədri əlavə edib ki, bu görüşlərin nəticələri həm yerli, həm də beynəlxalq səviyyədə strateji əhəmiyyət daşıyacaq: "Assambleyaların nəticələri WUF13-ün daha geniş müzakirələrinin formalaşmasına kömək edəcək, "Bakı Fəaliyyət Çağırışı"na töhfə verəcək, Yeni Şəhər Gündəliyinin icrasını gücləndirəcək və DİM 11 (Dayanıqlı İnkişaf Məqsədi 11) və iqlim fəaliyyəti kimi daha geniş qlobal prosesləri dəstəkləyəcək. Məhz buna görə bu gün mühüm əhəmiyyət kəsb edir. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və sizin hamınızla birlikdə biz WUF13-ü real təsir yaradan, bütün dünyada şəhərlər və icmalar üçün güclü bir miras qoyan platformaya çevirəcəyik".

Oxşar xəbərlər

Bakıda Zəfər muzeyinin açılışı olub
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər