Maliyyə naziri: "Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə 1.4 milyard manat ayrılacaq"
"Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı növbəti il dövlət büdcəsindən 1.4 milyard manat ayrılacaq. Bu, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 259 milyon və ya 23 faiz çoxdur".
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentdə "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, aqrar sektora ayırmalar aqrar ümumi daxili məhsulun (ÜDM) 15.8 faizinə çatacaq:
"2027-ci ildə qeyri-neft sektorunda investisiyaların və iqtisadi artımın dəstəklənməsi məqsədilə dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üçün 5.3 milyard manat nəzərdə tutulub. Yeni borclanma siyasətinə uyğun olaraq gələn il dövlət borcuna xidmətlə bağlı xərclər üçün 2.2 milyard manat vəsait sərf ediləcək ki, bu da cari illə müqayisədə 257.6 milyon manat və ya 10.5 faiz azdır".
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Sudanda PUA zərbəsi nəticəsində 15 nəfər ölüb













