Mavrikinin sabiq prezidenti şəhərlərin layihələndirilməsi zamanı qadınların ehtiyaclarını nəzərə almağa çağırıb
Far.Az xəbər saytı

Mavrikinin sabiq prezidenti şəhərlərin layihələndirilməsi zamanı qadınların ehtiyaclarını nəzərə almağa çağırıb


Şəhər inkişafında gender bərabərliyi əhalinin bütün qruplarının ehtiyacları nəzərə alınmaqla şəhərlərin məqsədyönlü layihələndirilməsi və planlaşdırılması olmadan qeyri-mümkündür.

"Far.Az" xəbər verir ki, bunu Mavrikinin ilk qadın prezidenti, biomüxtəliflik sahəsində alim Əminə Qurib-Fakim Bakıda Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Qadınlar Assambleyasında çıxış edərkən bildirib.

"Söhbət şəhər mühitinin formalaşmasında qadınların təcrübəsi və baxışlarının böyük dəyərə malik olduğunun qəbul edilməsindən gedir", - o vurğulayıb.

Mavrikinin sabiq prezidentinin sözlərinə görə, təhlükəsiz və əlçatan ictimai məkanlar inklüziv şəhər inkişafının əsas elementlərindən biridir: "Yaxşı işıqlandırılmış ictimai yerləri, əlçatan infrastrukturu və inklüziv ictimai nəqliyyat sistemi olan bir şəhər təsəvvür edin. Bütün bu elementlər bütün insanların şəhərdə təhlükəsiz və əminliklə hərəkət etməsinə imkan verir".

O vurğulayıb ki, müasir şəhərlər sakinlərin müxtəlif ehtiyaclarını nəzərə almalı və hər bir insanda aidiyyət hissi formalaşdırmalıdır.

Qurib-Fakim həmçinin gender bərabərliyinin təşviqi üçün əlçatan mənzillərin vacibliyinə də diqqət çəkib: "Mənzillərin əlçatanlığı şəhərlərdə gender bərabərliyinin təşviq edilməsinin ən vacib hissəsidir. Bu cür tədbirlər qadınların üzərinə qeyri-mütənasib şəkildə düşən yükü azaldaraq, onlara öz mühitlərində tam şəkildə inkişaf etməyə imkan verə bilər".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər