Süni intellekt bumunda gözlənilməz geriləmə: Şirkətlər 4,2 trilyon dollar itirdi
Süni intellekt texnologiyalarına marağın azalması bu sahənin inkişafı üçün infrastruktur təmin edən şirkətlərin bazar dəyərinə ciddi zərbə vurub. İyundan indiyədək sənaye, energetika və mədən sektorunda fəaliyyət göstərən şirkətlərin ümumi bazar dəyəri 4,2 trilyon dollar azalıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Məlumata görə, dəyər itkisi əsasən məlumat mərkəzlərinin fəaliyyətini təmin edən avadanlıqların istehsalçılarına və təchizatçılarına təsir edib. Söhbət qaz generatorları, soyutma sistemləri və fiber-optik şəbəkələr sahəsində çalışan şirkətlərdən gedir.
Halbuki süni intellekt bumunun sürətləndiyi əvvəlki 12 ay ərzində həmin şirkətlərin bazar dəyəri ümumilikdə 9,4 trilyon dollar artmışdı. Son aylardakı geriləmə isə bu artımın, demək olar ki, yarısını silib.
Ən ciddi itkilərdən biri "Caterpillar" şirkətində qeydə alınıb. Onun bazar dəyəri iyunda çatdığı rekord göstərici ilə müqayisədə 214 milyard dollar və ya 44 faiz azalıb. "Oklo"nun səhmləri 49 faiz ucuzlaşıb. "Comfort Systems" və "Corning" şirkətlərinin bazar dəyəri də təxminən yarıbayarı aşağı düşüb.
Nəşr geriləmənin əsas səbəblərindən biri kimi investorların süni intellekt infrastrukturu üçün ayrılan böyük məbləğdə vəsaitin gəlirliliyinə dair şübhələrini göstərir. Sərmayədarları məlumat mərkəzlərinin tikintisi və istismarı ilə bağlı xərclərin artması, eləcə də operatorların bu xərcləri, o cümlədən borc hesabına qarşılamaq imkanları narahat edir.
Bundan başqa, ABŞ-də yeni məlumat mərkəzlərinin inşasına qarşı yaranan etirazlar da sektorda qeyri-müəyyənliyi artırır.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













