Serbiya Prezidenti: Avropa Parlamenti qaz və neftə ehtiyac duyduğu zaman gəlib Azərbaycana yalvarır
Far.Az xəbər saytı

Serbiya Prezidenti: Avropa Parlamenti qaz və neftə ehtiyac duyduğu zaman gəlib Azərbaycana yalvarır


Avropa Parlamenti qaz və neftə ehtiyac duyduğu zaman gəlib Azərbaycana yalvarır.

"Report" xəbər verir ki, bu barədə Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə jurnalistlərə açıqlamasında deyib.

"Ondan (Azərbaycan Prezidenti İlham Əliyev- Qeyd) soruşmağa belə ehtiyac yox idi və bilirdim ki, o, Avropa Parlamenti ilə əməkdaşlığı dayandıracaq. Çünki bilirsiniz, Avropa Parlamentinin üzvləri tez-tez təkəbbürlü davranırlar, ona görə də onlar özlərindən daha uğurlu olanlara mühazirə oxuyurlar".

Vuçiç həmçinin Serbiya ilə Azərbaycan arasında gələcək əməkdaşlığın yeni aspektləri barədə danışıb və iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, qarşılıqlı investisiyaların təşviqinin və konkret layihələr üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Oxşar xəbərlər

Serbiya Prezidenti ilə Azərbaycanın biznes nümayəndələri arasında görüş keçirilib
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB-2
İlham Əliyevlə Aleksandar Vuçiç arasında ikitərəfli görüşü olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Belqradda Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının iclası keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər