Ramin Rzayev: İcbari tibbi sığorta xidmətlərinin keyfiyyəti və əlçatanlığı artırılır
Fəaliyyətimizin əsas istiqaməti icbari tibbi sığorta xidmətlərinin həyata keçirilməsidir. İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına xidmətlər zərfində nəzərdə tutulan tibbi xidmətlər vətəndaşlara göstərilir və maliyyələşdirilir. Bu xidmətlərin təşkili məqsədilə dövlət və özəl tibb müəssisələri ilə əməkdaşlıq qurulur ki, bu da dövlət-biznes əməkdaşlığının əsas göstəricilərindən biridir.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda "Qurumların fəaliyyəti, işəgötürənlərlə əməkdaşlıq və əmək bazarının aktual məsələləri" mövzusunda panel sessiyada çıxışı zamanı deyib.
R.Rzayev bildirib ki, müəssisələrdə xidmətlərin təşkili ilə yanaşı, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinə və həcminə də nəzarət edilir. Əsas məqsəd xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaqdır.
O qeyd edib ki, dövlət və özəl tibb müəssisələri ilə əməkdaşlıq, o cümlədən regionlarda və mərkəzdə tibbi xidmətlərin təşkili və icbari tibbi sığorta hesabına maliyyələşdirilməsi vətəndaşlar üçün daha əlçatan və keyfiyyətli xidmətlərin göstərilməsinə imkan yaradır.
Agentliyin fəaliyyətində rəqəmsal həllərin tətbiqinin də mühüm əhəmiyyət daşıdığını vurğulayan R.Rzayev dövlət-biznes əməkdaşlığının bu sahədə imkanları genişləndirə biləcəyini vurğulayıb.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eləcə də Agentliyimizin fəaliyyət istiqamətlərinin əhəmiyyətli hissəsi elektronlaşdırılıb. Vətəndaşlara göstərilən xidmətlərin operativliyini və şəffaflığını təmin etmək üçün rəqəmsal həllərdən istifadə olunur. Hesab edirik ki, dövlət-biznes əməkdaşlığı çərçivəsində bu həllərin daha da təkmilləşdirilməsi xidmətlərin operativ və şəffaf şəraitdə göstərilməsinə töhfə verə bilər", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













