Azərbaycanda qeyri-neft ixracına dəstək veriləcək
Far.Az xəbər saytı

Azərbaycanda qeyri-neft ixracına dəstək veriləcək


Azərbaycanda ixrac daşıma dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac olunduğu ölkələrin siyahısı təsdiqlənib.

Far.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Qərarla ixrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi üçün müraciət və müraciətlərə baxılması, həmçinin müxtəlif nəqliyyat növləri ilə daşımalar zamanı ixrac daşıma dəstəyinin hesablanması qaydaları da təsdiqlənib.

Dəstəyin şamil olunacağı mallar sırasında meyvə-tərəvəz, süd məhsulları, yumurta, təbii bal, çay, şokolad, müxtəlif hazır qida məhsulları, dərmanlar, kosmetik vasitələr, tekstil və digər məhsullar yer alır.

İxrac istiqamətləri siyahısına Avropa İttifaqı ölkələri, Türkiyə, Çin, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Afrika ölkələri və digər ölkələr daxildir. Rusiya, Gürcüstan və İran isə siyahıda yer almayıb.

Qaydaya əsasən, sahibkarlar dəstək məbləğinin ödənilməsi üçün daşımanın həyata keçirildiyi rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etməlidirlər. Nazirlik ərizənin qeydiyyata alındığı tarixdən 30 gündən gec olmayaraq dəstəyin ödənilməsi və ya ödənişdən imtina barədə qərar qəbul edir. Qanunvericilikdə nəzərdə tutulan hallarda bu müddət uzadıla bilər.

Dəstəyin ödənilməsi barədə qərar qəbul olunduqda vəsait həmin tarixdən 30 gün ərzində ərizəçinin hesabına köçürülür.

Sənədlə Naxçıvan Muxtar Respublikasından Azərbaycanın digər ərazilərinə malların daşınması üzrə daxili daşıma dəstəyinin ödənilməsi üçün müraciət proseduru da müəyyənləşdirilib.

Qərarın müvafiq müddəaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunur və 2036-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac və daxili daşımalara şamil edilir.

Oxşar xəbərlər

Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Bakı bulvarında Çay Festivalı keçirilir
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər