"Ey mənim dünyam" Avroviziya səhnəsində!
Far.Az xəbər saytı

"Ey mənim dünyam" Avroviziya səhnəsində!


Xalq artisti Aygün Kazımovanın "Best of Aygün 40" albomunda yer alan və Samira Efendinin ifasında qısa zamanda sosial mediada böyük rezonans doğuran "Ey Mənim Dünyam" mahnısı beynəlxalq səhnəyə çıxıb.

BAKU.WS Azərbaycanın Avroviziya təmsilçisi Samira Efendi mahnını müsabiqənin finalından sonra təşkil olunan rəsmi "EuroClub" səhnəsində canlı olaraq ifa edib.

"EuroClub" hər il birbaşa Avroviziya tərəfindən təşkil olunan və müsabiqə həftəsinin ən gözlənilən tədbirlərindəndir.

Burada ən reytinqli Avroviziya iştirakçıları, müsabiqənin ulduzları və xüsusi qonaqlar səhnə alır. Bu il müsabiqənin 70 illiyi münasibətilə "EuroClub" üçün xüsusi proqram hazırlanıb və tədbirlər Avroviziyanın keçirildiyi Vyana şəhərində baş tutub.

Mahnının yeni interpretasiyası həm Azərbaycan, həm də xarici auditoriyada böyük maraqla qarşılanıb.

Musiqisi Vaqif Gərayzadə, sözləri Sərvər Quliyevə aid olan bəstənin yeni aranjimanı Etibar Əsədli tərəfindən hazırlanıb.

Oxşar xəbərlər

Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Daşkənddə Əmir Teymurun 690 illiyi münasibətilə beynəlxalq konfrans başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər