MM gələn il üçün yaşayış minimumu və ehtiyac meyarını I oxunuşda qəbul edib
Far.Az xəbər saytı

MM gələn il üçün yaşayış minimumu və ehtiyac meyarını I oxunuşda qəbul edib


Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında 2027-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi ilə bağlı qanun layihələri I oxunuşda qəbul edilib.

"Report" xəbər verir ki, gələn il yaşayış minimumu və ehtiyac meyarının 314 manat olması təklif edilir.

Qanun layihəsinə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyən olunur.

Qanun layihələri qəbul olunduğu təqdirdə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Sənədlər müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi tərəfindən "Sağlam gələcək" layihəsinə start verilib
AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər