Annalena Berbok: WUF13 mühüm bir dövrdə keçirilir
Əlçatan, təhlükəsiz və layiqli yaşayış yerləri fundamental insan hüququdur.
BAKU.WS xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasının Prezidenti Annalena Berbok videomüraciəti zamanı bildirib.
O qeyd edib ki, dünyada 1 milyard 100 milyondan çox insan hələ də qeyri-rəsmi yaşayış məntəqələrində və ya xarabalıqlarda yaşayır.
"Bunun nəticələri yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Təhlükəsiz yaşayış şəraiti olmadıqda sağlamlıq zəifləyir, təhsil prosesi pozulur, risklər daha da artır. Bərabərsizlik dərinləşir, icmalar iqlim şokları və böhranlar qarşısında daha aciz qalır".
O bəyan edib ki, WUF13 mühüm bir dövrdə keçirilir:
"Forum bir tərəfdən yaşayış yerləri ilə bağlı böhranı diqqət mərkəzinə gətirir, digər tərəfdən isə dayanıqlı şəhərsalma sahəsində tədbirlərin həyata keçirilməsi üçün imkan yaradır. Bu tədbirin keçirilməsi qarşımızda duran məsuliyyəti daha da artırır. Bu miqyasda davam edən böhranın sadə həlli yoxdur. Daha çox yaşayış evlərinin inşası zəruridir", – deyə o vurğulayıb.
Oxşar xəbərlər
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
Bolqarıstan Prezidenti İliyana Yotova Azərbaycana səfərə gəlib
-
WUF13 dünya mediasının diqqətində
-
Neftin qiyməti yenidən 110 dolları ötüb
-
İran Hörmüz boğazı ilə bağlı yeni mexanizm hazırlayıb













