İliyana Yotova: İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır
Prezident İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Bolqarıstan Prezidenti İliyana Yotova WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.
O, öncə tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib:
"Prezident İlham Əliyev Bakını elə bir məkana çevirib ki, burada hər kəs gələcəkdən danışır. Hazırda dünyada 2,8 milyard insanın mənzili yoxdur. Problemin həll olunması üçün qarşıdakı onillikdə hər saniyədə bir mənzil tikməlidir. Bu sadəcə bazar yox, ədalət məsələsidir. Bir şəhər insanlarını mənzillə təmin etmək gücünü itirdikdə insanını itirir. Müasir şəhər heç kimin özünü atılmış hiss etmədiyi məkandır. Biz bu gün meqaregionlardan danışırıq. Bu reallığı rədd edə bilmərik, lakin onlar artıq işləmir. Biz prinsiplərə əsaslanan idarəetmə yaratmalıyıq. Burada hökumətlər və icmalar bir yerdə işləməlidir"
L.Yotova daha sonra qlobal iqlim dəyişikliyindən bəhs edərək bu prosesin regionlara təsirinə toxunub:
"Alimlər xəbərdarlıq edirlər ki, əgər belə davam edərsə, insanlar öz regionlarını tərk edəcəklər. Biz Avropa İttifaqının üzvüyük, amma ölkəmiz əhalinin qocalması, daxili miqrasiya kimi problemlərlə üzləşir. Bir ailə artıq şəhərdə özünə ev ala bilmirsə, onun gələcəyə ümidi qalmır. Problemlər eyni olanda həll yolları da bənzər olmalıdır. Bizim investisiyalarımız insanlara yönəlməlidir. Ağıllı şəhər sistemləri insanlara xidmət edəndə məna qazanır. Şəhərlər insanları gəlirlərinə, və nəsillərinə görə parçalamamalıdır. Şəhərin uğuru göydələnlərin tikilməsi deyil, bütün vətəndaşlarına qucaq açmasıdır. Şəhər o zaman böyüyür ki, insan özünü orada süni hiss etmir. Bakını tərk edərkən bir bəyanatla yox, iradə ilə geri dönmək istəyirəm".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq
-
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - "Su qiymətinə"
-
Neftin qiyməti yenidən 110 dolları ötüb
-
Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib













