Ağdam Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
Far.Az xəbər saytı

Ağdam Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib


20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə Ağdam şəhərində silsilə tədbirlər davam edir.

"Far.Az"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, tədbirin davamı olaraq Ağdam Muğam Mərkəzində Azərbaycanın tanınmış İncəsənət nümayəndələrinin ifasında konsert proqramı keçirilib.

Proqramdan öncə çıxış edən Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov ağdamlılar və şəhərin qonaqlarını salamlayıb. Vətən uğrunda şəhid olan soydaşlarımızın ruhunun hörmətlə anıldığını ifadə edib. E.Hüseynov bu günün özəl olduğunu, doğma yurduna dönən Ağdam sakinlərinin xoşbəxt və vətənpərvər olduqlarını dilə gətirib.

Konsert proqramından öncə Ağdamdan olan tanınmış İncəsənət nümayəndələrinin "Ağdam üçün oxu" adlı videoroliki nümayiş olunub.

Daha sonra Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi və İncəsənət nümayəndələri fərdi ifaları ilə çıxış ediblər.

Oxşar xəbərlər

İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər