UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
Yer kürəsinin əhalisi 2050-ci ilədək 2 milyard nəfər artacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal mənzil böhranı: plan nədir?" mövzusunda panel müzakirəsində bəyan edib.
"Əgər perspektivə nəzər salsaq: hamıya yaxşı məlumdur ki, 2050-ci ilədək dünya əhalisinin sayı əhəmiyyətli dərəcədə artacaq. Daha 2 milyard insan şəhərlərə - əsasən Asiya və Afrikanın şəhər aqlomerasiyalarına köçəcək. Üstəlik, bu artımın yarısı cəmi səkkiz dövlətdə cəmləşəcək. Söhbət rəvan və ardıcıl prosesdən getmir. Bu, müasir bəşər tarixində ən sürətli urbanizasiya dalğasıdır. Buna görə də dünən çıxışımda qaldırdığım əsas sual budur: biz bunun fərqindəyikmi? Biz hazırıqmı? Bəli - biz hazır olmalıyıq. Ümid edirəm ki, WUF13 bizə resursları səfərbər etməyə və bu böhranın aradan qaldırılmasına hazırlığı artırmağa kömək edəcək", - A.Rossbax vurğulayıb.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropa çempionu olan Azərbaycanın minifutbol millisi azarkeşlərlə görüşəcək
-
Azərbaycanla Türkiyə arasında "Sıfır Tullantı" konsepsiyası çərçivəsində fikir mübadiləsi aparılıb
-
Brüsseldə ənənəvi beynəlxalq "Suqovuşan" minifutbol turniri keçirilib
-
EBRD-in Müdirlər Şurasının sessiyasında Azərbaycanın azad edilmiş ərazilərinin bərpasından danışılıb
-
Tramp İranla danışıqların təfərrüatlarını və Tehrandan tələbini açıqlayıb
-
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir













