Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
"Azərbaycan ilə Ukrayna arasında münasibətlər yüksək səviyyədədir və Bakı İrpen şəhərinə daim humanitar dəstək göstərir".
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın İrpen Şəhər Şurasının rəhbəri, şəhər meri vəzifəsini icra edən Anjela Makeyeva WUF13-də Ukraynanın milli pavilyonunda deyib.
Anjela Makeyeva bildirib ki, Azərbaycan İrpen üçün xüsusi ölkədir: "İrpenin Azərbaycanın Laçın şəhəri ilə qardaşlaşmış şəhər əlaqələri var. Laçın da bizim kimi işğal və hərbi əməliyyatlar yaşayıb, hazırda yenidən qurulur və sakinlər öz evlərinə qayıdırlar. Buna görə bu dostluq bizim üçün çox önəmlidir".
Şəhər rəhbəri Azərbaycanın İrpenə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib. "İrpen ilə Azərbaycan arasında münasibətlər uzun illərə söykənir. İrpendə Zərifə Əliyevanın adını daşıyan küçə, park, abidə və məktəb mövcuddur. Zərifə Əliyeva adına məktəb Azərbaycan hökumətinin və SOCAR-ın dəstəyi ilə ilk bərpa olunan təhsil müəssisələrindən biri olub. Buna görə minnətdarıq", - deyə Anjela Makeyeva əlavə edib.
Anjela Makeyeva vurğulayıb ki, İrpen sakinləri Azərbaycan xalqını doğma və qardaş xalq hesab edirlər.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq
-
Rövşən Nəcəf Keniya prezidenti ilə görüşüb
-
Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib
-
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
-
WUF13-də Azərbaycanda keçiriləcək U-20 dünya çempionatı ilə bağlı stend qurulub
-
İliyana Yotova: İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır













