Moldova xəbər portalı İlham Əliyevin WUF13-ün rəsmi açılış mərasimindəki çıxışına geniş yer ayırıb
Moldovanın "Noi.md" xəbər portalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasiminə dair geniş məqalə dərc edib.
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi rəsmi açılış mərasimi, həmçinin WUF13-ün əhəmiyyəti barədə geniş məlumat verilib. Yazıda Azərbaycan Prezidentinin çıxışından sitatlar təqdim olunub.
Prezident İlham Əliyevin Azərbaycanın şəhərsalma sahəsində sürətli inkişafı, Bakı, Gəncə, Şamaxı və digər şəhərlərin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, eləcə də "Böyük Qayıdış" proqramı ilə bağlı fikirlərinə xüsusi diqqət yetirilib.
Məqalədə dövlətimizin başçısına istinadla qeyd olunur ki, forumda qeydiyyatdan keçmiş iştirakçılar rekord saydadır, 182 ölkədən 45 mindən çox iştirakçı qeydiyyatdan keçib. Bu, ilyarım əvvəl keçirilən COP29-dan sonra bu tədbiri indiyə qədər Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirə çevirir. Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib
-
Bakıdan Tbilisiyə qatarlar bərpa olunur? - RƏSMİ
-
ADY: BTQ dəmir yolu xəttində modernləşdirmə işləri tamamlanıb
-
İliyana Yotova: İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır













