Sumqayıtda parkda ağacların qeydiyyatı aparılıb
Far.Az xəbər saytı

Sumqayıtda parkda ağacların qeydiyyatı aparılıb


Sumqayıt şəhərində yerləşən parkda ağacların qeydiyyatı aparılıb, üzərinə nömrəli etiketlər vurulub.

"Report" xəbər verir ki, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyinin ölkə üzrə vahid nömrələnmə və inventarlaşdırma standartına keçid məqsədilə həyata keçirdiyi layihə çərçivəsində baş tutub.

Bildirilib ki, park ərazisində ağaclar qeydiyyata alınaraq üzərinə xüsusi identifikasiya lövhələri vurulub. İdentifikasiya lövhəsi vurulmuş ağaclara dair bütün məlumatlar Rəqəmsal Ekologiya İnformasiya Sisteminin "Yaşıllıqların reyestri" alt sisteminə inteqrasiya edilib və www.agac.az saytında yerləşdirilib.

Qeyd edək ki, bu layihə yaşıllıqların mühafizəsinin təmin edilməsi, onlara müdaxilə hallarının qarşısının alınması, yaşıllıqların elektron reyestrinin formalaşdırılması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə həyata keçirilir.

Eyni zamanda bu tədbirlər Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü ərəfəsində ekoloji təşəbbüslərin təşviqinə, ətraf mühitin mühafizəsi sahəsində ictimai fəallığın artırılmasına xidmət edir.

Oxşar xəbərlər

Kəsilmiş ağacın əvəzinə yeni ağac əkilib və üzərinə identifikasiya etiketi vurulub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər