Kəsilmiş ağacın əvəzinə yeni ağac əkilib və üzərinə identifikasiya etiketi vurulub
Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsi 52C ünvanında ağac kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
İdarənin rəisi Qafar Ağayev BAKU.WS-ə açıqlamasında bildirib ki, araşdırma zamanı sözügedən ərazidə bir ədəd qovaq ağacının kəsildiyi müəyyən edilib. Təqsirkar şəxsin müəyyənləşdirilməsi və barəsində qanunamüvafiq tədbirin görülməsi məqsədilə Səbail Rayon Polis İdarəsinə, ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi və mühafizə olunması məqsədilə Səbail Rayon İcra Hakimiyyətinə müraciət olunub.
"Kəsilmiş ağacın əvəzinə ərazidə sərv ağacı əkilib, ağac qeydiyyata alınaraq üzərinə identifikasiya etiketi vurulub".
İdarə rəisinin sözlərinə görə, ərazidə mövcud olan digər yaşıllıqlar da yaxın günlərdə mərhələli şəkildə qeydiyyata alınaraq identifikasiya etiketi ilə təmin olunacaq.
***13:36
Daxili İşlər Nazirliyi (DİN) Bakının Bayıl qəsəbəsində kəsilən ağacla bağlı açıqlama yayıb.
Qurumdan BAKU.WS-ə bildirilib ki, hadisə ilə bağlı araşdırmalar aparılır:
"Paytaxtın Səbail rayonunun Bayıl qəsəbəsində ağac kəsilməsi ilə əlaqədar polis və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırmalar aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq hüquqi tədbirlər görüləcək".
*** 11:29
Bakının Bayıl qəsəbəsində ağac kəsilib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Vətəndaş iddia edir ki, Bayıl qəsəbəsi, Ə.Yaqubov küçəsi 52C ünvanında iki gün əvvəl naməlum şəxs və ya şəxslər tərəfindən hündürlüyü 10 metrə qədər olan ağac kəsilərək yoxa çıxarılıb.
Ağacın iki il əvvəlki fotosu:
O da qeyd olunub ki, ağacın yerinin itirilməsi üçün ərazi yaxşıca təmizlənib.
Ərazidən görüntüləri təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Bakıda güclü külək 78 ağacı aşırdı, 40 ağacın budaqları qırıldı
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər edilib
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
ABŞ Çini cilovlamaq təşəbbüsü üçün 12 milyard dollar ayıra bilər













