Elvinin "Qarabağ"ın tədbirinə çağırılmaması müzakirə yaratdı - Yola salınır?
"Qarabağ" klubunun rəhbərliyi ötən gecə məşqçilər heyəti və komanda üzvləri ilə görüş keçirib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, görüşdə əsasən komandanın bu mövsüm Çempionlar Liqasındakı uğurları müzakirə olunub.
Maraqlıdır ki, ÇL-dəki uğurlarda böyük əməyi olan, intizamsızlığına görə Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyev görüşə dəvət olunmayıb.
Bu isə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Azarkeşlərin əksəriyyəti komandanın qitənin ən nüfuzlu turnirinin ən yaxşılarından olan E.Cəfərquliyevin tədbirə dəvət almamasından narazılıq edib.
25 yaşlı müdafiəçinin yekun tədbirə çağırılmaması onu göstərir ki, "Qarabağ"la futbolçu arasındakı bütün iplər qırılıb. Qurban Qurbanov Elvini artıq sərəncamında görmək istəmir. Əslində, buna nümunə kimi Cəfərquliyevin əsas komandanın oyunlarında stadiona gəlməməsini də göstərmək olar. Q.Qurbanov futbolçunu görmək belə istəmir.
Böyük ehtimalla Elvin yayda satılacaq.
Qurban Qurbanovun mətbuat konfransında "Elvin Cəfərquliyevin geri qaytarılmaq ehtimalı var?" sualına verdiyi cavab da azarkeşlərdə ümidsizlik yaratmışdı. Sanki baş məşqçi ondan danışmaq niyyətində belə deyil: "Hələ necə var elədir. Gələn il üçün hazırlıq planını tam tutmamışam".
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













