"Uşaq bir az da məşq etsin, polisə düzəldək" - "Bandotdel"in tutduğu "vəzifəli şəxs"in məhkəməsində ŞOK DETALLAR
Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək işə düzəltmək və avtomobilin gömrük rüsumlarını ödəmək adı ilə dələduzluq əməlləri törədən Ağasəf Quliyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Far.Az "Unikal"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə reallaşan iclasda şahid qismində ifadə verən Rauf Qasımovun sözlərinə görə, təqsirləndirilən şəxsi 5 ildən çoxdur tanıyır:
"Bacım oğlunu işə düzəltmək istəyirdik. Mənə baş idarədə işlədiyini demişdi. Ancaq bu adamı heç vaxt formada görməmişəm. Uşağı gördü və dedi ki, bir az da məşq etsin, onu polisə düzəldək".
Məhkəmənin növbəti iclası iyunun 10-na təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan müraciət əsasında 1971-ci il təvəllüdlü Ağasəf Quliyevin əməlləri araşdırılıb.
Müəyyən olunub ki, o, zərərçəkmiş şəxsin oğlunu hüquq-mühafizə orqanlarında vəzifəyə təyin etdirəcəyi vədi ilə 108 min manat, həmçinin xarici ölkədən gətirilən avtomobili rəsmiləşdirəcəyi adı ilə həmin vətəndaşdan əlavə 25 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.
İşlərinin düzəlmədiyini görən vətəndaşa hər dəfə yalan məlumat verib, saxta telefon danışıqları apararaq işlərin artıq həll olunduğunu, müvafiq yoxlamaların isə hələ davam etdiyini bildirib.
Fakta görə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanan cinayət işi üzrə A.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": Tramp komandası ilə İrana qarşı hərbi əməliyyat variantlarını müzakirə edib
-
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
-
Qurban Qurbanov: "Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır
-
Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər
-
Torner: UNECE mənzil planlaşdırması sahəsində vahid məlumat bazası yaratmaq istiqamətində fəaliyyət göstərir













