Mariam Kvrivişvili: İlham Əliyevin Gürcüstana səfəri Azərbaycanla danışıqlarda mühüm rol oynadı
Far.Az xəbər saytı

Mariam Kvrivişvili: İlham Əliyevin Gürcüstana səfəri Azərbaycanla danışıqlarda mühüm rol oynadı


Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili bildirib ki, Azərbaycanla imzalanan tarixi saziş paketinin əldə olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri mühüm rol oynayıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, nazir bu barədə "İmedi" televiziyasının efirində Azərbaycanla imzalanmış müqavilələri şərh edərkən danışıb.

Onun sözlərinə görə, razılaşmaların əldə olunmasından əvvəl aylarla davam edən intensiv danışıqlar aparılıb.

Nazir qeyd edib ki, imzalanan sazişlər əsasən enerji və nəqliyyat sektorlarını əhatə edir:

"Enerji sahəsində əldə olunan razılaşmalar qaz təchizatı, qaz idxalı və tranziti, elektrik enerjisinin idxalı və tranziti, həmçinin fəaliyyəti dayandırılmış Bakı-Supsa boru kəmərinin yenidən işə salınmasını nəzərdə tutur".

M. Kvrivişvili bildirib ki, Gürcüstan üçün qaz təminatının davamlılığı, əlverişli kommersiya şərtləri və enerji mənbələrinin diversifikasiyası əsas prioritetlərdəndir.

Nazir əlavə edib ki, bu ilin sonunda müddəti başa çatmalı olan sosial qaz müqaviləsinin uzadılması ilə bağlı Azərbaycanla razılıq əldə olunub.

"20 illik mövcud müqavilənin uzadılması və sosial qazın sosial qiymətlə təmin olunması imkanının əldə edilməsi sevindirici haldır", – deyə o vurğulayıb.

Mariam Kvrivişvilinin sözlərinə görə, Azərbaycanla imzalanan müqavilələr Gürcüstanın regionda tranzit ölkə kimi rolunu daha da gücləndirəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər