Dövlət başçısının WUF13-də bəhs etdiyi tarixi abidə: Qafqazda xristianlığın ilk təməlindən REPORTAJ
Baku TV Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimində bəhs etdiyi Şəkinin Kiş məbədi haqqında reportaj hazırlayıb.
Bələdçi Gülnaz Rəsulova məbəd barədə məlumat verərkən bildirib ki, Şəki öz tarixi abidələri, hətta UNESCO-ya daxil olan nümunələri ilə həm yerli, həm də xarici turistlərin diqqət mərkəzindədir:
"Bu abidələrdən biri də Şəkinin Kiş kəndində yerləşən Kiş alban məbədidir. Bu kilsə yalnız Azərbaycanda deyil, bütün Qafqazda xristianlığın ilkin təməlini qoyan abidələrdən biri hesab olunur. Araşdırmalar göstərib ki, kilsə inşa edilməzdən əvvəl də bu ərazi albanların dini mərkəzi olub.
Çünki burada aparılan qazıntılar zamanı kilsədən əvvəl mövcud olmuş qədim Ay məbədinin qalıqları tapılıb. Bu qalıqlar üzərində eramızın I əsrində müqəddəs Yeliseyin Azərbaycana gəlməsi və burada kilsə inşa etməsi ilə xristianlığın təməli qoyulub. O zaman insanlar burada dini fəaliyyətlə məşğul olduğuna görə müqəddəs Yelisey ilk kilsəni məhz bu ərazidə qurmuş və xristianlığın yayılmasının əsası qoyulmuşdu".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
-
Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi yoxa çıxıb
-
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
-
Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər?
-
Muxtar Babayev: İqlim miqrasiyası və hərbi münaqişələr şəhər planlaşdırmasını çətinləşdirir
-
Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək













