Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda jurnalistlər üçün media-tur təşkil olunub
23 May – Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda media nümayəndələri üçün media-tur təşkil olunub.
"Report"un Şamaxıya ezam olunmuş müxbiri xəbər verir ki, bu səbəblə
Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Şamaxı şəhərində seminar keçirilib.
Media-turda idman jurnalistləri, federasiya rəsmiləri və güləş ictimaiyyətinin üzvləri iştirak ediblər. Seminarın əsas məqsədi güləş idman növündə tətbiq olunan yeniliklər, beynəlxalq qaydalardakı dəyişikliklər və onların praktik əhəmiyyəti barədə məlumat vermək olub.
Seminarda çıxış edən AGF-nin Hakimlər Komitəsinin sədri Asif Şirəliyev son dövrlərdə güləş qaydalarında edilən dəyişikliklərdən danışıb. O bildirib ki, yeni qaydalar yarışların daha dinamik, şəffaf və tamaşaçılar üçün maraqlı keçməsinə xidmət edir. Eyni zamanda hakimlik sistemi, xal hesablanması və bəzi texniki məqamlarla bağlı yeniliklər iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində jurnalistlərin sualları cavablandırılıb, beynəlxalq arenada tətbiq olunan qaydaların Azərbaycan güləşinə təsiri barədə fikir mübadiləsi aparılıb. Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və belə maarifləndirici görüşlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində idman jurnalistləri arasında intellektual yarış da təşkil edilib.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib













