AQP: Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
Far.Az xəbər saytı

AQP: Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb


Bu ilin oktyabr ayında fərdi yaşayış evlərinin satış bazarında 5 % artımı müşahidə olunub.

Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Far.Az"a verilən məlumata görə, oktyabrda bu seqment üzrə AQP indeksi 104,7-yə yüksəlib. Sentyabr ayının göstəricisi ilə müqayisədə artım 5 % təşkil edib. Median normallaşdırılmış AHU göstəricisi 670,2, median ümumi satış təklifi isə 197 min manat olub.

Palatadan bildirilib ki, AHU göstəricisi yaşayış evlərinin sahə və digər xüsusiyyətlərini nəzərə alan normallaşdırılmış ölçüdür və manat/kvadratmetr qiyməti ilə eyniləşdirilməməlidir.

Fərdi yaşayış evlərinin kirayə bazarında isə indeksi sentyabr ayındakı 123,3 səviyyəsindən oktyabrda 71,1-ə düşüb. Aylıq azalma 42,3 % təşkil edib. Median kirayə qiyməti 5,33 manat/kvadratmetr olub. AQP bu kəskin dəyişmənin eyni xüsusiyyətlərə malik evlərin kirayə qiymətlərinin eyni nisbətdə ucuzlaşması kimi qiymətləndirilməsinin düzgün olmadığını vurğulayır.

Göstəriciyə yay mövsümündə yüksək qiymətlərlə təklif olunan bağ evləri və villaların elanlardakı payının azalması, uzunmüddətli kirayə təkliflərinin üstünlük qazanması, eləcə də müşahidə olunan obyektlərin ərazi və xüsusiyyətlər üzrə tərkibinin dəyişməsi təsir göstərə bilər.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
AQP: Ötən ay mənzil satışında qiymət artımı sürətlənib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycanda əmlak bazarının strukturu dəyişir: İndi nə almaq daha sərfəlidir?
Bakıda torpaq qiymətləri bir ayda 4 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər