Qurban Qurbanov "Beşiktaş"a gedir? - Türkiyə klubundan RƏSMİ AÇIQLAMA
Son günlər Türkiyə və yerli mətbuatda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi postuna namizədlər arasında yer aldığı iddia edilir. Bir neçə gün öncə Sergen Yalçınla yollarını ayıran İstanbul təmsilçisinin komandanı etibar etmək istədiyi namizədlərdən birinin də məhz "Qarabağ"ın çalışdırıcısı olduğu bildirilir.
Far.Az xəbər verir ki, məsələ ilə bağlı olaraq "Beşiktaş"ın idman direktoru Öndər Özen "Teleqraf"a açıqlama verib.
O bildirib ki, hazırda yeni baş məşqçi ilə bağlı adlar dəqiqləşməyib:
"Qurban Qurbanovla bağlı hər hansı təşəbbüsümüz və ya marağımız yoxdur. Qurban müəllim çox dəyərli, son dərəcə uğurlu bir mütəxəssisdir və ona böyük hörmət bəsləyirik. Ancaq hazırda "Beşiktaş" klubunun gündəmində belə bir məsələ mövcud deyil. Sonda qeyd edim ki, yayılan xəbərlərin də klubla heç bir əlaqəsi yoxdur".
Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir.
Oxşar xəbərlər
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













