Kann Film Festivalının qalibləri açıqlandı
2026-cı il Kann Film Festivalı yekunlaşıb. Mayın 23-də keçirilən bağlanış mərasimində builki festivalın qalibləri elan olunub.
BAKU.WS xəbər verir ki, iki həftə davam edən festival dünya kinosunun ən çox müzakirə olunan premyeraları və məşhur simaların iştirakı ilə diqqət çəkib.
Qırmızı xalçada Demi Mur, Keyt Blanşett, Maykl Fassbender, İzabel Yupper, Barbara Palvin, Bella Hədid, Xavier Bardem və Karla Bruni kimi tanınmış simalar görüntülənib.
Festivalın ən nüfuzlu mükafatı sayılan "Qızıl Palma Budağı" rumıniyalı rejissor Kristian Mungiunun "Fyord" filminə təqdim olunub. Bununla da ABŞ-nin NEON şirkəti ardıcıl yeddinci dəfə festivalın əsas qalib filmi ilə yadda qalıb.
"Qran-pri" mükafatına isə rusiyalı rejissor Andrey Zvyagintsev "Minotavr" filmi ilə layiq görülüb.
Bu il festivalda bir neçə kateqoriyada qaliblər mükafatı bölüşüb. "Ən yaxşı kişi rolu" nominasiyasında Emmanuel Maççia və Valentin Kampan, "Ən yaxşı qadın rolu" kateqoriyasında isə Virginie Efira və Tao Okamoto qalib elan olunub.
"Ən yaxşı rejissor" nominasiyasında Pavel Pavlikowski "Vətən", Javier Calvo və Javier Ambrossi isə "Qara Kürə" filmi ilə mükafat qazanıblar.
Festival çərçivəsində məşhur aktyor Con Travolta kino sənətinə verdiyi töhfələrə görə fəxri "Qızıl Palma Budağı" ilə təltif olunub.
Gənc aktyorlara təqdim edilən "Trophée Chopard" mükafatı isə Odessa A"zion və Connor Swindellsə verilib.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb – YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək?
-
Zamiq Hüseynov: "Kaş, belə bir dünya ola..."
-
"CBS": Tramp Körfəz liderləri ilə İran məsələsini müzakirə edəcək
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Türkiyə iki ilə 17 milyon evi öz təbii qazı ilə təmin edəcək
-
Sabah 27 dərəcə isti olacaq - Bazar gününün havası













