Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb – YENİLƏNİB
Bakı şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
Bu barədə "Report"a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
"İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, 30 mindən çox iştirakçı ilə Dənizkənarı Milli Park ərazisində yerləşən Saat Qülləsinin yaxınlığında keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularına dair suallar əsasında müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Bakıda keçirilən ictimai proqram WUF13 Festivalının ölkənin müxtəlif şəhərlərində təşkil olunan tədbirlər silsiləsinin yekun mərhələsi olub.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Festivalı çərçivəsində Bakı Dənizkənarı Bulvarında keçiriləcək "İctimai proqram" baş tutub.
"Report" xəbər verir ki, WUF13 Festivalının axşam proqramı Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsi meydanında keçirilib.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş meneceri Eldar Rəsulov deyib ki, dünya əhalisinin 2/3-si artıq şəhərlərdə yaşayacaq:
"Bundan irəli gələn məsələlərin müzakirəsi isə WUF13-də müzakirə ediləcək. 180 ölkədən 32 000-dən çox iştirakçı qeydiyyatdan keçib. Hər birimiz üçün bu forum önəmlidir".
O qeyd edib ki, ölkə ictimaiyyətinin bu tədbir barədə məlumatlandırılması məqsədilə Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Gəncə, Xankəndi və Sumqayıtda WUF13 Festivalı təşkil olunub və festivallara indiyədək 90 minə yaxın iştirakçı qatılıb.
Festival çərçivəsində konsert proqramı təqdim edilib.
Tədbirin məqsədi şəhər mühitində sosial həmrəyliyin gücləndirilməsi, ictimai iştirakın təşviqinin təqdim olunmasıdır.
Qeyd edək ki, bununla da forum barədə məlumatlandırma sessiyasının ölkə üzrə maarifləndirmə sessiyası başa çatıb.
Xatırladaq ki, Bakıda mayın 17-22-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək.
Oxşar xəbərlər
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb
Sumqayıtda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb
Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb
WUF13 Festivalı çərçivəsində Bakı Dənizkənarı Bulvarında "İctimai proqram" baş tutub
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib













