"Haber Global": Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə qardaşlıq mesajı
Far.Az xəbər saytı

"Haber Global": Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə qardaşlıq mesajı


"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib".

Far.Az xəbər verir ki, bu barədə "Haber Global" telekanalında yayımlanan reportajda məlumat verilib.

Qeyd olunub ki, Türkiyə lideri 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə azərbaycanlı həmkarına təbrik ünvanlayıb.

"Can Azərbaycanın davamlı şəkildə güclənməsindən, regionda və beynəlxalq miqyasda nüfuzunun artmasından böyük qürur və iftixar hissi keçiririk.

Türkiyə ilə Azərbaycan arasında öz gücünü tarixdən alan dərin köklü qardaşlıq və həmrəylik əlaqələri ümummilli lider Heydər Əliyevin bizə mirası olan "Bir millət, iki dövlət" prinsipi əsasında hər gün daha da güclənir. Türkiyə olaraq, güclü əlaqələrimiz əsasında qardaş Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına davam edəcəyik", - deyə telekanal Ərdoğanın təbrikindən sitat gətirib.

Türkiyə telekanalı xatırladıb ki, ötən il Azərbaycanın Müstəqillik Gününü Laçında İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Pakistan lideri Məhəmməd Şahbaz Şərif bir yerdə qeyd ediblər.

"İlham Əliyev bütün dünyaya örnək olan bir siyasət yürüdür" , - deyə telekanal Ərdoğanın keçən il Laçında söylədiyi fikirlərdən sitat gətirib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İllər əvvəl filmlərə çəkilən AZƏRBAYCANLI MÜĞƏNNİLƏR
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər