Leylan Nəsirovaya yeni vəzifə verildi
Far.Az xəbər saytı

Leylan Nəsirovaya yeni vəzifə verildi


Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, bu vəzifəyə Leylan Nəsirova gətirilib.

O, daha əvvəl həmin xəstəxanada baş həkim vəzifəsində çalışıb. Bir müddət sonra isə Tibbi-Sosial Ekspertiza Komitəsinin (TSEK) regional müdiri kimi fəaliyyət göstərib.

Yeni əmrlə TSEK-dəki fəaliyyətini başa vuran Leylan Nəsirova yenidən Beyləqan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

İxtisasca həkim-nevroloq olan yeni direktorun anası Roza Aslanova da eyni xəstəxanada pediatr həkim kimi çalışır.

Qeyd edək ki, bir müddət öncə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Cəbrayıl oğlu Muradov, inzibati işlər üzrə direktor müavini Elnur Nazim oğlu Mahmudov və İnsan Resursları şöbəsinin müdiri Mətanət İsmayıl qızı Qarayeva öz ərizələri ilə vəzifələrindən ayrılıblar.

Leylan Nəsirovaya yeni vəzifə verildi

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Vətən müharibəsinin başlamasından 4 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər