Röya Ayxan Gürcüstanda konsert verdi
Xalq artisti Röya Ayxan Gürcüstanın paytaxtı Tbilisi şəhərində ilk solo konserti ilə səhnəni fəth edib.
Far.Az xəbər verir ki, pop kraliçası gecə boyunca illərin hitlərini canlı ifa edərək tamaşaçılara unudulmaz anlar yaşadıb. Möhtəşəm səhnə performansı, enerjisi və xüsusi obrazı ilə gecənin ən çox danışılan adı olub.
Röyanın parlaq səhnə görünüşünün makiyajı Babək Qədirov, saç düzümü isə Roman Məmmədov tərəfindən hazırlanıb. Xarici brendlərə məxsus zərif libası isə sosial şəbəkələrdə böyük maraq yaradıb.
Konsertdə sənətçini peşəkar musiqiçilər müşayiət edib. Gecənin sürpriz anlarından biri isə Röya Ayxanın qardaşı İsmail Zadə ilə birlikdə səsləndirdiyi "Nankor" dueti olub.
Anşlaqla keçən konsertdən görüntülər sosial şəbəkələrdə qısa zamanda yayılıb və böyük maraqla qarşılanıb.
Oxşar xəbərlər
Röya Ayxanın 25 illik səhnə fəaliyyətinə həsr olunan KONSERTDƏN GÖRÜNTÜLƏR
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Röya Ayxan qardaşı İsmayılla "Nankor"u təqdim etdi
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
"ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serenay Sarıkaya sərbəst buraxıldı
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
Məcnun Məmmədov: "Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur"
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb













