"Avrasiya-Kredit" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Avrasiya-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 484 min manat xalis mənfəətlə başa vurub.
"Far.Az" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 30,8 % azdır.
Ötən il "Avrasiya-Kredit"in vergiyəqədərki mənfəəti 605 min manat (əvvəlki ilə nisbətən 30,7 % az), mənfəət vergisi ödəmələri isə 121 min manat (30,9 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Avrasiya-Kredit"in aktivləri 7,419 milyon manat olub ki, bu da illik müqayisədə 9,8 % çoxdur. Bunun 4,526 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 4 % böyüyüb.
Hesabat dövründə "Avrasiya-Kredit"in öhdəlikləri 8,1 % artaraq 483 min manata, balans kapitalı isə 11,4 % artaraq 4,708 milyon manata çatıb.
Xatırladaq ki, "Avrasiya Kredit" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. BOKT-un təsisçisi Beynəlxalq Avrasiya Mətbuat Fondudur (Qeyri-hokumət təşkilatı).
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
"İdeal Kredit" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Regional" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













